"Keşlə" qələbəni əldən verdi, "Qarabağ" "Qəbələ"yə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
 

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. 
 
"Keşlə" "Səbail"in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.  Bu nəticədən sonra "Keşlə" 9 xalla 2-ci, "Səbail" 4 xalla 7-ci pillədə qərarlaşıb.
 
Günün digər oyununda son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ağdam klubu turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
 
Qeyd edək ki, bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları sabah keçiriləcək.
 
Azərbaycan Premyer Liqası

6-cı tur

 

17 oktyabr
 
16:00. "Qarabağ" - "Qəbələ" - 3:0
Qollar: 
Donald Gerye, 44, Patrik Andrade, 89-pen, Toral Bayramov, 90+1
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Bakı. "Azersun Arena"

14:00. "Səbail" - "Keşlə" 1:1 
Qollar: 
Rəhman Hacıyev, 49 (0:1), Bahadur Həziyev, 51 (1:1)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Bakı. "ASCO Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right