"Neftçi"dən növbəti transfer

"Neftçi” növbəti transferini rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Alban dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək. 
 
Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right