"Sabah"da "Neftçi" ilə matçöncəsi ciddi itkilər

Azərbaycan Premyer Liqasının VI turunda "Neftçi" ilə qarşılaşacaq "Sabah" ciddi itkilərlə üzləşib.

Newsport.az-a verilən məlumata görə, milli toplanışından zədəli qayıdan komandanın iki futbolçusu: Bəhlul Mustafazadə və Təmkin Xəlilzadə hələ də məşqlərdə iştirak etmir.

Bəhlul Mustafazədənin "Neftçi" ilə oyunu buraxacağı dəqiqdir, Təmkin Xəlilzadənin isə bu matçda meydanda olub-olmaması həkimlərin son qərarından asılı olacaq.

Qeyd edək ki, "Neftçi" - "Sabah" matçı 18 oktyabr, saat 14:00-da start götürəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah