Əliyar Ağayev Millətlər Liqası oyununu idarə etdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq matçı idarə edib.

Newsport.az-ın məlumatına görə, o, UEFA Millətlər Liqasnın IV turnda keçirilən Bolqarıstan - Uels oyununun baş hakimi olub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev Bolqarıstandan 3, Uelsdən 4 futbolçu olmaqla ümumilikdə 7 sarı vərəqə göstərib.

Referiyə bu qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right