Son oyunlar millinin FIFA reytinqinə necə təsir edəcək?

Millətlər Liqasında son iki oyunun Azərbaycan yığmasının FIFA reytinqinə necə təsir edəcəyi bəllidi.

Newsport.az-ın məlumatına görə, Monteneqroya uduzan, Kiprlə heç-heçə edən yığma xal itkisi ilə üzləşib. Podqoritsadakı yenilgi millimizin aktivindən 4,8 xalın silinməsinə səbəb olub. Kiprlə bərabərlik isə komandaya 0,7 xal qazandırıb. Ümumilikdə itki 4,1 xala bərabər olub.

Hazırda 1179 xalla 111/112-ci yerləri bölüşdürən Canni De Byazinin yetirmələri yeni siyahıda 1-2 pillə geri düşəcək.

Yeni reytinq cədvəli oktyabrın 22-də açıqlanacaq.

Azərbaycan millisi Millətlər Liqasında Lüksemburqa 0:2 hesabı ilə uduzub, Kiprlə qolsuz heç-heçəyə razılaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right