Canni de Byazi: "Situasiyanı xeyrimizə dəyişməyə çalışacağıq"

UEFA Millətlər Liqasında sabah “Elbasan Arena”da keçiriləcək Azərbaycan – Kipr oyunu öncəsi Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, vəziyyəti lehimizə dəyişməyə çalışacaqlarını söyləyib:

“Monteneqro millisi ilə oyunda öz səhvlərimizdən qapımızda qollar gördük və nəticədə məğlub olduq. Sabah çalışacağıq ki, situasiyanı öz xeyrmizə dəyişək və məğlubiyyəti unutduraq. Heyətdə zədəli və cəzalı futbolçuların olması müəyyən dəyişikliklər etməyimizə səbəb olub. Komandanın kapitanı Maksim Medvedev zədəli olduğu üçün oynaya bilməyəcək. Həmçinin, digər zədəli futbolçularımız - Təmkin Xəlilzadə və Əli Qurbaninin oynayıb-oynamayacağı sabah keçiriləcək müayinədən sonra məlum olacaq. 

Heyətdəki dəyişikliyə gəlincə, cəzalı olan Bədavi Hüseynovun əvəzinə Elvin Bədəlov, Maksimin yerinə isə Azər Salahlı oynayacaq. 

Oyun sisteminda hər hansı dəyişiklik olmayacaq. Kipr və Monteneqroya qarşı necə oynamışdıqsa, yenə eyni sistemdə mübarizə aparacağıq. Ancaq rəqibdən və oyunun gedişindən asılı olaraq, ehtiyac olarsa, taktiki gedişlərdə dəyişiklik edəcəyik”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right