AFFA-dan monteneqrolu qapıçının təxribatçı hərəkətinə reaksiya

Monteneqrolu futbolçu Andriya Draqoyeviç Millətlər Liqasında ölkəsinin yığmasının Azərbaycan üzərində qələbəsini (2:0) öz sosial şəbəkə hesabında paylaşaraq Ermənistana və Qondarma Dağlıq Qarabağ Respublikasına dəstəyini nümayiş etdirib.

AFFA bununla bağlı UEFA-ya müraciət edəcək. Qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov məsələ ilə bağlı bildirib:

"UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var. Bu, üçüncü tərəf olan Milli Assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdi və AFFA bunu sərt şəkildə qınayır. Biz araşdırdıq, həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudu, həmin oyunda Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu digər oyunçudu - Miloş Draqoyeviç.

Oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacaq. Artıq UEFA-ya şifahi məlumat verilib".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right