Millimiz Kiprlə oyuna ciddi itki ilə çıxacaq

Millimizin futbolçusu Bədavi Hüseynov UEFA Millətlər Liqasının 4-cü turunda Kiprlə oyunu buraxacaq.

 

Newsport.az-ın məlumatına görə, buna səbəb onun Monteneqro ilə matçda sarı vərəqə alaraq, cəzalı duruma düşməsidir. "Qarabağ"ın müdafiəçisi ilk dəfə sentyabrın 8-də Kiprə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada rəsmi xəbərdarlıqla üzləşib.

 

Qeyd edək ki, Kiprlə görüş oktyabrın 13-də Albaniyanın Elbasan şəhərindəki eyniadlı stadionda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right