"Neftçi" “Sabah”la yoxlama oyunu keçirəcək

Premyer Liqanın 6-cı turunun “Sabah”la oyununa hazırlaşan “Neftçi” yoxlama matçı keçirəcək.

Newsport.az klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə "Qəbələ" ilə qarşılaşacaq. Görüş oktyabrın 11-i saat 15:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu oktyabrın 18-i saat 14:00-da “Bakcell Arena”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right