"Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik" - De Byazi

“Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik. İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq. Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu və yaratdıqları imkandan maksimum istifadə etdi. İlk hissədə daha aşağı tempdə oynadıq. Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Millətlər Liqasının 3-cü turunda səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransın deyib.

O, sözügedən matçda zədələnən komandanın kapitanı Maksim Medvedev haqda da danışıb: "Maksimin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı bilinmir. Komandamızın kapitanı və vacib oyunçularındandır. Meydanda olduğu müddətdə yaxşı oyun nümayiş etdirdi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right