"Oyundan və nəticədən razı deyiləm” - Milan Obradoviç

21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi  Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Slovakiyaya uduzduqları matç (1:2) barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, birinci hissədə oyunlarının istədikləri kimi alınmadığını deyib:

"Slovakiya millisi öz futbolunu oynadı. Bizim konsentrasiya, xətlərarası əlaqə baxımından çətinliyimiz var idi. Hücum xəttində fəal olmağa çalışırdıq. Bir neçə təhlükəli vəziyyət yarada bildik. İkinci hissədə isə yaxşı pressinq etdik. Daha çox mərkəzdən hücum edirdik, bu isə məni tam qane etmədi, çünki cinahlarda da fəal oynamaq vacibdir. Qol buraxdıqdan sonra oyuna köklənə bildik. Fiziki hazırlığımız buna imkan verdi. Amma beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi. Sonuncu dəqiqədə qol buraxaraq məğlub olmaq, təbii ki, çox məyusedicidir. Ümumilikdə, oyundan tam olaraq və nəticədən razı deyiləm”.

Qeyd edək ki, səfərdə Slovakiyaya 1:2 hesabı ilə uduzan yığma AVRO-2021-in final mərhələsinə vəsiqə şansını itirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right