Azərbaycan - Kipr oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Kipr matçının təyinatları müəyyənləşib. 

 

Newsport.az-ın məlumatına görə, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə edilib. Referi Fran Yoviçə yan xətt hakimləri qismində İvitsa Modriç və Hrvoye Radiç köməklik göstərəcək. 

 

Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək. Hakim-inspektor Çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan Devid Makdauell Zor olacaq. 

 

2014-cü ildən beynəlxalq oyunlara təyinat alan Fran Yoviç 2019-cu ildə Azərbaycanın U-19 millisinin Avropa çempionatının seçmə mərhələsində Norveçə evdə 0:1 hesabı ilə uduzduğu görüşü idarə edib. 

 

Qeyd edək ki, oktyabrın 13-da Albaniyadakı "Elbasan Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Azərbaycan yığması bu gün Monteneqronun, Kipr isə Lüksemburqun qonağı olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right