Millimizin baş məşqçisi qovuldu

U-21 Avropa çempionatının seçmə mərhələsinin Slovakiya – Azərbaycan matçında meydan sahibləri 90+4-cü dəqiqədə vurduğu qolla 2:1 hesablı qələbə qazanıb.

 

Newsport.az-ın məlumatına görə, bu qoldan sonra hakimlərə etirazını bildirən millimizin baş məşqçisi Milan Obradoviç oyunun baş hakimi tərəfindən ikinci xəbərdarlığı alaraq texniki zonadan uzaqlaşdırılıb. Serbiyalı mütəxəssis ilk xəbərdarlığını isə qarşılaşmanın 88-ci dəqiqəsində alıb.

 

Obradoviç yığmamızın oktyabrın 13-də Gürcüstanla səfər matçında texniki zonada ola bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right