Mahir Emreli millimizin düşərgəsindən ayrıldı

"Qarabağ"ın futbolçusu Mahir Emreli Monteneqro və Kiprlə UEFA Millətlər Liqasının oyunlarına hazırlaşan Azərbaycan yığmasının düşərgəsini tərk edib. 

 

Newsport.az xəbər verir ki, 23 yaşlı hücumçu təlim-məşq toplanışında iştirakını dayandırıb.

 

Səbəb kimi Emrelinin zədəli olması göstərilib. Daha əvvəl isə onun cəza üzündən Monteneqro ilə qarşılaşmada iştirak etməyəcəyi müəyyənləşmişdi.

 

Qeyd edək ki, Azərbaycan millisi Monteneqro ilə oktyabrın 10-da Podqoritsada, Kiprlə isə oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right