Slovakiya - Azərbaycan matçının hakimləri

Azərbaycan U-21 millisinin səfərdə Slovakiyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununun təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib. Əsas referi Kristofer Hagenesə Anders Olav Dale və İsak Elias Başevkin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Rohit Saggi yerinə yetirəcək.

Oktyabrın 8-də Nitra stadionunda keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right