"Neftçi" futbolçusunu FANTASTİK QİYMƏTƏ SATIR!

«Neftçi» bir sıra xarici klubların diqqət mərkəzinə düşən Mamadu Kanenin transfer dəyərini müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu qvineyalı yarımmüdafiəçiyə 1 milyon dollar qiymət qoyub.

Premyer Liqanın gümüş medalçısı artıq bununla bağlı menecerləri məlumatlandırıb. 2018-ci ildən ağ-qara formanı geyinən afrikalı futbolçusunun

«Neftçi» ilə müqaviləsi uzunmüddətlidir. 1997-ci il təvəllüdlü legioner klubun idman direktoru Ceyhun Sultanovun yeganə uğurlu transferi sayılır.

Bakılılar Kaneyə görə ötən ilin yayından etibarən təkliflər almağa davam edir. Xüsusən Tula «Arsenal»ı ilə Avropa Liqasının II mərhələ oyunlarından sonra.

İstər Rusiya, istərsə də Avropanın bəzi ölkələrindən dəvətlər gəlsə də, görünən budur ki, «Neftçi» onu kifayət qədər yaxşı qiymətə satacağına ümid bəslədiyindən, hələ əlindən buraxmaq istəmir.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right