“Sivasspor”la oyunlarda tribunaların 30 faizinin dolmasını istəyirik” – Əmrah Çəlikəl

"Sivasspor"la rəqib olmağımız bizi çox sevindirir. İki qardaş ölkənin iki qardaş komandası üz-üzə gələcək. Baş verən hadisələr səbəbindən belə bir oyun bizim üçün motivasiya olacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş direktoru Emrah Çelikel Türkiyənin "Roadyo Gol" nəşrinə açıqlamasında deyib.

Klub rəsmisi Avropa Liqasının qrup mərhələsində "Sivasspor"la keçiriləcək hər iki oyunda tribunalarda azrkeşlərin olmasının istədiyini bildirib: "Çox istərdik ki, həm Bakıda, həm də Sivasda tribunaların 30 faizi dolsun. Amma təbii ki, sağlamlıq hər şeydən önəmlidir. Futbol azarkeşlər üçün oynanılır. Bunu qeyd etmək lazımdır. Yerli çempionatda 1 oyun az keçirməklə 6-cı sıradayıq. Hədəfimiz son 7 mövsümdə olduğu kimi, çempionluqdur".

Xatırladaq ki, "Qarabağ" I qrupunda "Sivasspor"la yanaşı, İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" (Tel-Əviv) klubları ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right