Millimizə daha bir futbolçu dəvət edildi

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro və Kiprlə oyunlarından əvvəl heyətinə daha bir futbolçu dəvət edilib.

Newsport.az-ın məlumatına görə, bu haqda Azərbaycan Futbol Federasiyaları Asossasiyasının (AFFA) saytı məlumat yayıb.“Neftçi” hücumçusu Mirabdulla Abbasovun milli komandanın hazırlıq prosesində iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, yığmamızın Monteneqro ilə matçı oktyabrın 10-da Podqoritsada, Kiprlə qarşılaşması isə oktyabrın 13-də Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right