“Sumqayıt”da ciddi itki

“Sumqayıt”ı futbolçusu Əli Qurbani zədələnib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının 5- turunda hazırda davam edən “Qəbələ” ilə matçda zədə alıb. 

Futbolçu oyuna davam edə bilməyib və əvəzlənib. Qurbaninin əvəzinə Cavid İmamverdiyev meydana daxil olub.

Xatırladaq ki, oyunçu cari mövsüm 5 qolla bombardirlik yarışında liderdir.

Qeyd edək ki, Ə.Qurbani  Millətlər Liqasının qrup mərhələsində Monteneqro və Kiprlə oyunlar üçün ilk dəfə Azərbaycan yığmasına dəvət edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right