Füzuli Məmmədov: "Bir səhv oyunun taleyini həll etdi"

"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın V turunun "Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, məyus olduğunu gizlətməyən mütəxəssis bir səhvin matçın taleyini həll etdiyini deyib:

"Məğlub olduğumuz üçün çox məyusuq. Oyuna nəzarət bizim əlimizdə olsa da, uduzduq. Qalib gəlmək istəyirdik, amma bir səhv oyunun taleyini həll etdi. Bu cür səhv Stankoviç kimi səviyyəli futbolçuya çox pis təsir edib. Mən ona dəstək oldum. Futbolda bəzən belə də olur. Bu bizim ikinci məğlubiyyətimizdi, amma "Sumqayıt”la matçda pis oynamışdıq. Qarşıdakı matçlarda maksimum xal toplamağa çalışacağıq.

"Zirə” müdafiədə ağıllı oynayıb səhvə yol vermədi. Belə vəziyyətdə qol vurmaq çətin olur. Düşünmürəm ki, hücum xəttimizdə problem var, sadəcə, rəqib etibarlı müdafiə olundu. Bu gün pis oynamadıq, amma qələbə qazanmaq üçün qol vurmaq lazımdı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right