“Zirə” “Neftçi”yə də qalib gəlib liderliyə yüksəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun növbəti oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə iki matç keçirilib. “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Neftçi" isə "Zirə"nin qonağı olub və 0:1 hesabı ilə uduzub. Bu qələbə ilə Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

Qeyd edək ki, 5-ci turun "Qarabağ" - "Səbail" görüşü təxirə salınıb.

3 oktyabr

 

16:00. “Zirə” – “Neftçi” 1:0
Qol: 
Davit Valkov, 90+5 (1:0)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu

14:00. “Qəbələ” – “Sumqayıt” 1:1  
Qollar:
 Əli Qurbani, 26 (0:1), Rafael Utrix, 44 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right