"Hansı komandada oynadığımızı yaxşı dərk edirik" - Patrik Andrade

"Qarabağ" Polşanın "Legiya" klubunu Varşavada 3:0 hesablı məğlub edərək Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

 

Newsport.az-ın məlumatına görə, oyundan sonra komanda üzvləri əsgər salamı ilə qələbəni qeyd edəərk ordumuza dəstək nümayiş etdiriblər.

 

Matçda ilk qolun müəllifi olan Patrik Andrade qələbəni şərh edib:

 

"Bizim üçün çox vacib oyun idi. Hansı komandada oynadığımızı yaxşı dərk edirik. Baş məşqçimizin tapşırıqlarını icra etməyi bacardıq. Meydana qələbə üçün çıxmışdıq. Göstərdiyimiz gözəl oyunla bunu reallaşdırdıq". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right