"Ümid edirəm ki, hər şey tezliklə stabilləşəcək" - "Səbail"in legioneri

“Azərbaycanda özümü rahat hiss edirəm. Döyüş zonasından uzaqdayam”.

Newsport.az-ın məlumatına görə, “Səbail”in qapıçısı Nikolas Hagen guatefutbol.com saytına açıqlamasında deyib.

Qvatemala millisinin qolkiperi daha sonra cəbhə bölgəsində baş verənlərlə bağlı bildirib: “İnsanlarda narahatlıq var. Ümid edirəm ki, hər şey tezliklə stabilləşəcək. Mənə hər şeyin qaydasında olacağı təminatını veriblər. Azərbaycanda futbol davam edir. Məqsədim oyunlarda müntəzəm çıxış etmək, meydanda olmaqdır”.

Qeyd edək ki, "Səbail" bu ay Hageni transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right