Mirabdullanın 100-cü oyunu

Azərbaycan Premyer Liqasının IV turu “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov üçün əlamətdar olub.

 

Newsport.az-ın məlumatına görə, “Qəbələ” ilə görüş (1:1) futbolçunun ölkə çempionatında 100-cü matçı olub.

 

Yubiley qarşılaşmasına çıxan Abbasov yarışda 2014/15 mövsümündə “Neftçi”nin heyətində debüt edib. “Ağ-qaralar”la 62-ci Premyer Liqa görüşünə çıxan hücumçu “Sumqayıt”da 27, “Səbail”də 11 dəfə şans qazanıb. O, keçirdiyi 100 oyunda 24 qol vurub, 10 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right