Elmar Baxşıyev: "Meydana 3 xal üçün çıxmışdıq"

Azərbaycan Premyer Liqasında IV turun “Neftçi” – “Qəbələ” oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında əyalət təmsilçisinin çalışdırıcısı Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Bu gün futboldan danışmaq bir az ikinci plana keçir. Ordumuzun qazandığı qələbə münasibətilə dövlətimizi və xalqımızı təbrik edirəm. İnanırıq ki, qarşıdakı günlərdə ordumuz bizi daha da sevindirəcək və torpaqlarımızı geri qayatracağıq. Matça gəlincə, maraqlı oyun alındı. Hər iki komanda hücum futbolu nümayiş etdirdi. Komandamın futbolundan məmnunam. İnanıram ki, oyundan oyuna daha baxımlı çıxış edəcəyik.

- Bura nə üçün gəlmişdiz və nə gördüz?
- Hər oyunda diktə edən komanda olmaq istəyirik. Rəqibin fərqi yoxdu. Bəzən bu alınır, bəzən yox. Bura 3 xal üçn gəlmişdik. Futbolçuların əməyini dəyərləndirmək lazımdı. Bir xal da qazancdı.

- Hakimliklə bağlı nə deyə bilərsiz?
- İşimiz komandaya qiymət verməkdi. İdarəçilik normal idi. Hər bir insan nəyisə görməyə, eşitməyə bilər.

- “Qəbələ” qələbə hesabını niyə qoruya bilmədi?
- Yorğunluq və konsentrasiya problemi yox idi. Sadəcı, “Neftçi” təzyiq dirdi. Buna görə müdafiədə səhv etdik və qolla nəticələndi.

- Uzun fasilədən sonra Adeniyi meydana çıxdı. Ona formaya düşmək üçün nə qədər vaxt lazımdı?
- O, xeyli vaxt futboldan kənar qalıb. Tanıdığımız, güvəndiyimiz oyunçudu. Onun bizimlə davam etməsinə görə şadam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right