"Ordumuzla, xalqımızla qürur duyuram" - Qara Qarayev

Bu gün Azərbaycan ordusunun erməni işğalından azad etdiyi Füzulinin Kənd Horadiz kəndi milli komandamızın və "Qarabağ"ın futbolçusu Qara Qarayevin doğulduğu kənddir.

Newsport.az-ın məlumatına görə, Qarayev bu kənddə doğulub, futbolçunun 1 yaşı olanda, 1993-cü ildə kənd işğal olunub.

Qara Qarayev doğma kəndinin azad olması ilə bağlı bunları deyib: "Bu həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm. Həsrətində olduğum torpaqlara ayaq basacağım günü səbrsizliklə gözləyirəm. İnanıram ki, bu son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri ! 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right