Azərbaycan Premyer Liqasında IV turun növbəti görüşü keçirilib.
Newsport.az-ın məlumatına görə, "ASCO Arena"da "Səbail" "Sabah"ı qəbul edib.
Baş hakim Elçin Məsiyevin idarə etdiyi görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1. İlk 2 qol penaltidən vurulub. 27-ci dəqiqədə qonaq komandadan Ramil Şeydayev şübhəli penaltini qola çevirib.
56-cı dəqiqədə Əfran İsmayılov bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 71-ci dəqiqədə Rauf Əliyev yekun nöqtəni qoyub.
Bu qələbə sayəsində xalını 3-ə çatdıran "Səbail" son pillədən qurtulub və 7-ci yerə yüksəlib. 6 xala malik "Sabah" isə 2-cidir.