AFFA millimizə "şengen vizası" ala bilmədi, sonda…

21 yaşadək futbolçulardan ibarət Slovakiya və Azərbaycan komandaları arasında oyunun başlanma vaxtı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq görüş oktyabrın 8-də olacaq.

Oyun Nitra şəhərindəki eyniadlı stadionda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

AFFA yığmanın Slovakiya səfərinə yollanması üçün əməlli-başlı əziyyətlə üzləşib. Federasiya Avrozonaya daxil olan bir neçə ölkənin buradakı səfirliklərinə müraciət etsə də, hamısı komandamıza «şengen vizası» verməkdən boyun qaçırıb.

Koronavirus pandemiyası səbəbindən fəaliyyətlərnə ara vermələrini əsas gətirərək. Belədə AFFA slovakiyalı həmkarlarına müraciət edərək, onların vasitəsilə bu ölkənin özündən viza alıb.

Bu da o deməkdir ki, komandamızın üzvləri Slovakiyanın ərazisindən üçüncü ölkəyə keçə bilməz.

SPORTİNFO.AZ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right