"Bunu klubdan soruşmaq lazımdır ki, o, niyə heyətdən kənarda qalıb" - Visente Qomes

Premyer Liqanın 4-cü turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzan "Sabah"ın baş məşqçisi Visente Qomes oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis öncə oyunu şərh edib:

 

- Ümumi olaraq, çox pis oynadıq. Oyunumuzdan narazıyam, ilk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı. "Səbail" qoldan sonra bizdən üstün oynadı və qələbə qazandı.

 

- Komanda son iki turda qol buraxmasa da, bu gün Bəhlul Mustafazadə ehtiyatda idi. Bu, sizin qərarınız idi, yoxsa zədəsi var?
- Həftə ərzində Bəhlulda bir az narahatlıq var idi və ona görə qərar verdim ki, ehtiyatda qalsın.

 

- Ötən mövsüm əsas heyət oyunçusu olan Şakir Seyidovla bağlı nə düşünürsüz?
- Bura gəldiyimdən Şakir komandada deyil. Bunu klubdan soruşmaq lazımdır ki, nə üçün o, heyətdən kənarda qalıb.

 

- İki penalti epizoduyla və hakimliklə bağlı fikirləriniz necədi?
- Hakimlər barəsində danışmaq istəmirəm və bu üzrə mütəxəssis deyiləm. Onlara gələcəkdə uğurlar arzu edirəm.

 

- Komanda ikinci hissədə inamsız çıxış etdi. Sizə elə gəlmir ki, komandanız qələbəyə çox tez inandı?
- Açığı, istədiyimiz oyunu oynaya bilmədik. Bu matçı təhlil edərək, nəticələr çıxaracağıq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah