“Sən "Barselona"dan qovulmağa layiq biri deyildin” Messidən etiraz

“Barselona”nın kapıtanı Lionel Messi komandadan ayrılan Luis Suaresə dəstək mesajı verib.

Newsport.az-ın xəbərinə görə, argentinalı futbolçu özünün  İnstaqram səhifəsindəki paylaşımında Suaresin klubdan adına layiq olmayan şəkildə göndərildiyini yazıb.

“Mən artıq sənin getməyini qəbul edirdim. Amma bu gün paltardəyişmə otağına girəndə olanları tam təsvir edə bildim. Hər günü sənsiz bölüşmək – həm meydanda, həm də ondan kənarda - çətin olacaq. Biz sənsiz çox darıxacağıq. Səni başqa bir komandanın formasında görmək və sənə qarşı oynamaq təəccüblü olacaq. Sən “Barselona” tarixinin ən vacib oyunçularından biri kimi, burdakı uğularına görə klubdan layiqli şəkildə göndərilməli idin. Sən klubdan atılmağa layiq biri deyildin. Amma yekunda belə oldu. Amma məni daha heç nə təəccübləndirmir. Mən sənə yeni macəranda ən yaxşı uğurları arzulayıram. Səni sevirəm. Tezliklə görüşərik” – deyə Messi yazıb.

Qeyd edək ki, L.Suares bugünlərdə “Barselona”dan “Atletiko”ya keçib. Onunla sabiq klubunun rəhbərliyi arasında problemlər olduğu bildirilir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah