"Neftçi” – “Qəbələ”: 53-cü duel

Azərbaycan Premyer Liqasının IV turunun son günündə meydana çıxacaq “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq.
 
Newsport.az “qırmızı-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 27-də keçiriləcək görüş “Dalğa Arena”da baş tutacaq. Bakıdakı matç rəqiblərin 53-cü dueli olacaq. Bu dəfəki görüşə qədər iki komanda arasında 52 oyun keçirilib. İndiyədək 17 qələbə qazanan “Qəbələ” 12 dəfə heç-heçə edib və 23 matçdan məğlub ayrılıb. Rəqib qapısından 65 top keçirən bölgə təmsilçisi 73 qol buraxıb.
 
Premyer Liqa çərçivəsində 48-ci duelə qədər rəqiblər 47 çempionat matçında qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlibsə, 9 dəfə 1 xalla kifayətlənib və 22 dəfə uduzub. 58 qola imza atan qəbələlilər 67 top buraxıb.
 
26-cı dəfə “Neftçi”nin qonağı olacaq “Qəbələ” səfərdə 9 dəfə qalib gəlib. 6 heç-heçə edən meydan sahibləri 10 dəfə məğlubiyyətlə barışıb. Bu matçlarda 30 dəfə fərqlənən “Qəbələ” 36 qol buraxıb.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah