Rumıniya klubu məğlubiyyətə görə Əliyar Ağayevi günahlandırdı

UEFA Avropa Liqasının III təsnifat mərhələsində evdə Çexiya "Slovan"ına məğlub olan Rumıniya "Styaua"sı matçın azərbaycanlı baş hakimi Əliyar Ağayevdən narazıdır. 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Mixay Stoyka "Prosport.ro" saytına açıqlamasında bildirib. 

Klub rəsmisi 0:2 hesabı ilə uduzduqları görüş üçün FIFA referisini günahlandırıb. 

Stoyka Ağayevin qarşılaşmada düzgün qərarlar vermədiyini iddia edib: "Matçın əvvəlində Ovidiu Perianuya qarşı kobudluq oldu. Futbolçu bəlkə də, normal şəkildə yerə yıxılmadı. Amma penalti verilə bilərdi, hakim isə simulyasiyaya görə futbolçumuzu sarı vərəqə ilə cəzalandırdı. Halbuki bu penalti idi. 20-ci dəqiqədə Stefan Sana qayda pozuntusuna görə qırmızı vərəqə aldı və meydandan kənarlaşdırıldı. Lakin orada çiyin-çiyinə mübarizə var idi".

Qeyd edək ki, Əliyar Ağayev sözügedən qarşılaşmada "Styaua"nın 2, "Slovan"ın isə 3 futbolçusuna sarı vərə göstərib. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah