“Qarabağ” üzərində qələbəyə ümid edirik" millinin üzvü

“Yaxşı oynamasaq da, əlimizdən gələni etdik”.

Newsport.az xəbər verir ki, bu sözləri “Legiya”nın hücumçusu Joze Kante Avropa Liqasının III təsnifat mərhələsində Kosovo klubu “Drita” üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

Qvineya millisinin forvardı “Qarabağ”la baş tutacaq qarşılaşma barədə də fikilərini bölüşüb: “Artıq pley-offdakı oyuna hazırlaşacağıq. “Qarabağ”la matçdan əvvəl daha çox çalışmalıyıq. Çempionat görüşünün təxirə salınması yerinə düşdü, buna ehtiyacımız var idi. “Qarabağ”la görüş klubumuz adına çox önəmli qarşılaşmadır. Sabahdan “Qarabağ”a köklənəcəyik və hazırlaşmaq üçün bir həftə vaxtımız olacaq. Hamımız müsbət nəticəyə ümid edirik”.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşada baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right