“Legiya”nın ən vacib oyunu “Qarabağ”a qarşı olacaq

“Avropada asan oyun olmur. Ən əsası hədəfimizə çatmaq, yəni növbəti mərhələyə keçməyimizdi”. Newsport.az xəbər verir ki, bunu “Legiya”nın futbolçusu Pavel Vşolek deyib.

Polşa təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində Kosova təmsilçisi “Drita”nı 2:0 hesabıyla məğlub edərək, pley-offa yüksəlib. Görüşlə bağlı fikirlərini açıqlayan Pavel qələbənin asan əldə olunmadığını bildirib: “Rəqib meydanın mərkəzində müdafiə olunurdu ki, bu da qol vurmağımıza problem yaradırdı. Bütün hallarda, məqsədimiz qələbə qazanmaq idi və bunu bacardıq”.

Vşolek deyib ki, qrup mərhələsinə vəsiqə uğrunda komandasını daha ciddi sınaq gözləyir: “Biz həmin görüşü səbirsizliklə gözləyirik. Bu qarşılaşma qrup mərhələsinə yüksəlməyə qərar verəcək. Bu, bizim üçün mövsümün ən vacib oyunu olacaq”.

Qeyd edək ki, “Legiya” pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah