"Qarabağ" "Sumqayıt"la bərabərə qaldı Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.
 
Newsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
 
Turun açılış matçında son iki oyunundan qələbə ilə ayrılan və liderlər qrupunda qərarlaşmış “Sumqayıt” çempion “Qarabağ”ı qəbul edəcək. Ötən turda əzəli rəqibi “Neftçi”yə uduzan, ondan öncə UEFA Çempionlar Liqasında mübarizəni dayandıran Ağdam təmsilçisi bu oyunda qələbə qazanmaqla yüksəlişə keçmək arzusundadır. Sumqayıt təmsilçisi isə doğma meydanda uğurlu seriyanın davamını gətirməyə çalışacaq.
 
Sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” oyunları keçiriləcək. Tura bazar günü baş tutacaq “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
 
4-cü tur
 
25 sentyabr
 
19:00. “Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar: 
Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 (2:0), Kvabena Ovusu, 59. 
Filip Ozobiç, 90+5
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah