Premyer Liqada 4-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun bütün təyinatları açıqlanıb.
 
Newsport.az xəbər verir ki, əvvəlki turlardan fərqli olaraq, Peşəkar Futbol Liqası bu turun bütün qarşılaşmalarına təyinatları eyni vaxtda açıqlayıb.
 
“Sumqayıt” – “Qarabağ” matçı Kamal Umudluya, “Səbail” – “Sabah” oyunu Elçin Məsiyevə, “Keşlə” – “Zirə” görüşü Rəvan Həmzəzadəyə tapşırılıb. “Neftçi” – “Qəbələ” qarşılaşmasında isə Rəhim Həsənov söz sahibi olacaq.
 
Azərbaycan Premyer Liqası
4-cü tur
25 sentyabr
 
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sumqayıt. “Kapital Bank Arena”, 19:00
 
26 sentyabr
 
“Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədirov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “ASCO Arena”, 18:00
 
“Keşlə” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Bakı. “ASK Arena”, 20:15
 
27 sentyabr
 
“Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı. “Dalğa Arena”, 19:00




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right