“Qarabağ”ın Avroliqadakı rəqibi polşalılar oldu

Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, bu mərhələnin də qalibi bir oyunun nəticəsində müəyyənləşib.
 
UEFA Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalan Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bu gün bilinib. Ağdam təmsilçisi “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşmalı idi. Rəqibi üzərində inamlı qələbəyə sevinən Polşa təmsilçisi “Qarabağ”ın rəqibi olub.
 
Püşkə əsasən Azərbaycan təmsilçisi pley-off qarşılaşmasını rəqib meydanında – Polşada keçirməli olacaq.
 
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi
23 sentyabr
 
Legiya (Polşa) – Drita (Kosovo) 2:0
Qol: Vşolek, 24. Pekhart, 43.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right