UEFA "Qəbələ"nin çıxış edəcəyi turnirin formatını dəyişdirdi

UEFA İcraiyyə Komitəsi Gənclər Liqası ilə bağlı yeni formatı açıqlayıb. Newsport.az xəbər verir ki, 2020/2021 mövsümü 1/16 final mərhələsindən olimpiya sistemi ilə keçiriləcək və qalib 1 oyunla müəyyənləşəcək.

Qərarın pandemiya səbəbindən yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etməməsi üçün verildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycanı UEFA Gənclər Liqasının cari mövsümündə "Qəbələ"nin U-19 komandası təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right