PFL Birinci Diviziondakı yenilikləri açıqladı

Futbol üzrə Azərbaycan Birinci Divizionu ilə bağlı yeni qaydalar açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev aşağı dəstədə 2020/21 mövsümünün püşkatma mərasimində deyib.

O bildirib ki, çempionat 27 tur və 3 dövrədən ibarət olacaq: “1-ci dövrəni doğma meydanda oynayan komandalar 3-cü dövrədə də rəqiblərini evdə qəbul edəcək. Hər şey püşkatmanın nəticəsindən asılı olacaq”.

Şahgəldiyev Birinci Divizionda limitin “4+6+1” olacağını söyləyib: “Meydana start heyətində çıxan futbolçulardan 4-ü təcrübəli (onlardan 2-si isə əcnəbi də ola bilər), 6-sı yerli (2000-ci təvəllüdlü və daha gənc), 1-i isə 2002-ci il təvəllüdlü olmalıdır. Burada əsas məqsəd aşağı yaş qrupu üzrə yığmalara daha çox oyunçu verməkdir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right