Son turun ən yaxşı futbolçusu məlum oldu

Azərbaycan Premyer Liqasında 3-cü turun ən yaxşı futbolçusu məlum olub.

Newsport.az xəbər verir ki, bu, “Sabah”ın qapıçısı Saşa Stamenkoviçdir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stamenkoviç komandasının “Zirə”ni 2:0 hesabıyla məğlub etdiyi oyunda bir neçə seyvlə yadda qalıb.

Stamenkoviçdən əlavə, “Sabah”ın daha 3 futbolçusu – Məhəmməd Mirzəbəyov, Yevgeni Koçuk və Xulio Rodriqes Azərbaycan Premyer Liqasının 3-cü turunun rəmzi komandasında yer alıb.

Premyer Liqanın ötən turunda da “Sabah”ın 4 futbolçusu (Bəhlul Mustafazadə, Ramil Şeydayev, Coşqun Diniyev və Yevgeni Koçuk) rəmzi komandada yer almışdı. Koçuk ardıcıl ikinci dəfə turun komandasında yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right