Renat Dadaşov uzun müddət oynamayacağı üçün "Qrasshopper" yeni hücumçu aldı

İsveçrənin “Qrasshopper” klubu hücum xəttini gücləndirib.

 

Newsport.az xəbər verir ki, 2-ci liqa təmsilçiis “Vulverhempton”un daha bir futbolçusu Leo Bonatinini heyətinə icarəyə götürüb. 26 yaşlı braziliyalı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.

 

"Qrasshopper" komandanın məşqində zədə alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun boşluğunu doldurmaq üçün bu keçidi reallaşdırıb. Çarpaz bağları qopan Dadaşov əməliyyat edilib. O, uzun müddət yaşıl meydanlardan kənar qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right