"Azərbaycan klubları ilə danışıq aparıram” millinin hücumçusu

“Keşlə”nin sabiq futbolçusu Andre Klennon yenidən Azərbaycanda çıxış edə bilər. Newsport.az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu özü məlumat verib.

Hazırda ölkəsində “Humble Lions” klubunun formasını geyinən yamaykalı oyunçu ayrılmaq istədiyini bildirib: ”Xaricdə oynamaq istəyirəm. Legioner həyatı yaşayıb, yüksək səviyyədə çıxış etmək niyyətindəyəm. İran, Türkiyə və Azərbaycanda karyeramı davam etdirə bilərəm. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir. Bu səbəbdən də daimi məşq edirəm, özümü hazır saxlamaq istəyirəm”.

Qeyd edək ki, 2018-ci ilin yanvarında “Keşlə”yə keçən Andre Klennon il yarım Bakı klubunun heyətində çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right