Nağıyev üçün 90 dəqiqə və 1 xal

Futbol üzrə Moldova çempionatında 11-ci turun oyunları keçirilir.
 
Newsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Petrokub”la qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
 
11 turdan sonra 17 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah