AFFA "Qəbələ"nin futbolçusunu cəzalandırdı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın III turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:

“Qəbələ” – “Keşlə” oyununda ev sahibi komandanın futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. “Keşlə”nin isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Sumqayıt” – “Səbail” matçında oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi 400 manat cərimə olunur. Hər iki tərəfin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 800 manat cərimə olunur.

“Zirə” – “Sabah” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah