"Qarabağ"ın potensial rəqibində baş məşqçi dəyişikliyi

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan "Legiya"da baş məşqçi dəyişikliyi gerçəkləşib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, dünən Aleksandar Vukoviçi istefaya göndərən Polşa təmsilçisi yeni baş məşqçi vəzifəsinə Çeslav Mixneviçi təyin edib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

2017-ci ildən Polşanın U-21 millisinin baş məşqçisi olan Mixnoviç müqaviləsinin müddəti başa çatacağı noyabra kimi yığmada da işinə davam edəcək.

Qeyd edək ki, "Legiya" 3-cü təsnifat mərhələsində "Drita"nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.

Əlavə edək ki, "Legiya"nın son olaraq ölkə çempionatında evdə "Gurnik"ə 1:3 hesabı ilə uduzmasından sonra baş məşqçi Vukoviçin istefasına qərar verilib. Onun rəhbərliyi altında komanda bu mövsüm ölkə çempionatında 4 turda 2 dəfə uduzub. Bundan başqa, Varşava təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində "Omoniya"ya (Kipr) 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right