"Keşlə"də baş məşqçi və futbolçu bir-birini yalançı adlandırdı

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib.
 
Hər iki şəxs açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb.
 
Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edən anqolalı hücumçu Hüseynovun hər şeydən xəbərdar olduğunu bildirib: "Baş məşqçi yalan danışır. Çünki mənim gedəcəyimi bilirdi. Hətta ən axırda ona demişdim. Mənə bildirdi ki, narahat olma, özüm rəhbərliklə danışacağam. Hazırda bir neçə təklifim var. Hər şey "Keşlə" ilə məsələnin necə həll olunacağından asılıdır. Çünki 1 illik müqaviləm var. Son vaxtlar klubdan heç kəs mənimlə əlaqə saxlamayıb. Gözləyirəm".
 
Hüseynov isə öz növbəsində 27 yaşlı forvardın dediklərini təkzib edib: "Mən ingiliscə bilirəm ki, onunla söhbət edim? "Kişi sözü" filmində belə bir səhnə var: Deyir, sözdü də, hirsləndin, çıxdı ağzından. Mən indi hirsləndim, "Vurum bibini öldürüm?" dedim, sonra da əsəbim yatdı. İndi nə deyirsən: Vurub bibini öldürüm? (Gülür). Kriştovao gözünün içinə kimi yalan danışır. Məndən icazə almayıb. Boş-boş danışır. Özbaşına gedən futbolçunu komandaya qaytara bilmərəm".
 
Qeyd edək ki, Aleksandr Kriştovao bu ilin qışından "Keşlə"də çıxış edirdi. (report)




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah