Xəzər Bakı" 3 - 13 yaş aralığındakı uşaqları məşqlərə dəvət edir

Uşaq futbolundakı boşluqları aradan qaldıraraq Azərbaycan futbolunun inkişafına nail olmaq məqsədi ilə yaradılmış "Xəzər Bakı" Futbol Klubuna qəbul üçün qeydiyyat davam edir.

Klubun missiyası

Klubun qarşıya qoyduğu başlıca məqsədlər Azərbaycan milli komandasına futbolçu yetişdirmək, bu sahədə ölkənin öncül futbol məktəblərindən birinə çevrilmək və sağlam maddi dayaqlara söykənən, daim yaşayacaq, inkişafda olan klub formalaşdırmaqdır.

Məşqçi heyəti

Bu hədəflərə çatmaq üçün Azərbaycan futbolunun tanınmış simalarından biri, peşəkar mütəxəssis, uşaq futbolunda böyük təcrübəyə malik olan, UEFA-nın "A" kateqoriyalı məşqçisi Azər Cabbarovun rəhbərlik etdiyi məşqçilər korpusu - Hüseyn Cavani, Seyran Əbilov, Paşa Əliyev, Xəyal Hüseynov, Elmir Alıyev komandaya dəvət olunublar. Məşqçilərin əsas vəzifələri kluba üzv olan uşaqların bacarıqlarını üzə çıxarmaq, onların peşəkar futbolçu kimi yetişmələrində yardımçı olmaqdır.

Filiallar

Bakıxanov filialı:

Ünvan: Bakıxanov qəsəbəsi, 74 saylı məktəbin ərazisindəki Azfar meydançası

Qaraçuxur filialı:

Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, AURA futbol meydançaları

Gənclik filialı:

Gənclik m/s, Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı üstü qapalı meydançalar

Keşlə filialı:

Heydər Əliyev prospekti, ASK Arena"nın (köhnə Şəfa stadionu) 4-cü meydançası

Üstünlüklər

Klubuun peşəkar məşqçi heyətinə malik olması, məşqlərimizin əlverişli ünvanlarda keçirilməsi, uşaqlara qarşı fərdi yanaşma və onların müxtəlif turnirlərdə iştirakı "Xəzər Bakı" Futbol Klubunun əsas üstünlükləri olacaq.

Məşqlər

İlk sınaq məşqləri hər bir uşaq üçün pulsuzdur. Kluba 3 - 13 yaş aralığındakı uşaqlar üçün müraciət qəbul olunur.

Əlavə məlumat üçün: + 994 99 329 59 79 ( Zəng və ya WhatsApp)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right