"Qarabağ" italiyalı hücumçu ilə danışıqlar aparır

"Qarabağ" İtaliyanın "Kyevo" klubunun futbolçusu Manuel Puççarelli ilə maraqlanır.

Newsport.az "Lanazione.it" saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Ağdam təmsilçisi ilə danışıq aparır. İtaliyalı futbolçunun özünün də Azərbaycan çempionuna keçməkdə maraqlı olduğu bildirilir. "Empoli"nin yetirməsi olan oyunçu yalnız ölkəsində çıxış edib.

Qeyd edək ki, Puççarelli ötən mövsüm İtaliya B Seriyasında 11 oyunda çıxış edib və 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right