Abbasovun 200-cü oyunu

Azərbaycan Premyer Liqasının III turu “Səbail”in futbolçusu Urfan Abbasov üçün əlamətdar olub.

Newsport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, meydana kapitan kimi çıxan müdafiəçi ölkə çempionatında 200-cü matçını keçirib.

Yubiley “Sumqayıt”la səfər görüşünə (1:2) təsadüf edib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən milli komandamızın üzvü indiyədək “Qəbələ” və “Səbail”in heyətində forma geyinib. O, 200 oyunda 3 qol vurub.

Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 132-ci futbolçudur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right