"Məğlubiyyətlər qaçılmazdır" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 3-cü turunda “Səbail”ə uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında iştirak edib.

 

Newsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

“Hakim idarəçiliyindən çox da narazı qaldığımı deyə bilmərəm. Oyunun içində emosiyalar olur. Yaxşı olardı ki, mübahisəli epizodlarla bağlı icmala baxandan sonra fikir bildirək. Futbol səhv oyunudur. Kim daha çox səhv edəcəksə, qarşı tərəf qələbə qazanacaq. Rəqib bunlardan daha çox istifadə etdi. Öz səhvimizdən birinci qolu buraxdıq. Hücumlarımız alınırdı, amma bizi əks-hücumda yaxaladılar.

 

Məğlubiyyətlər qaçılmazdır. Bu gün uduzduq, bu, yenə baş verə bilər. Əsas odur ki, düzgün nəticə çıxarmağa çalışaq. 100 faizlik şanslardan yararlana bilmədik. Hiss edirdik ki, Davit Volkovu hücuma keçirəndə qol imkanları daha çox olacaq, belə də oldu. Bir neçə dəfə şansımız yarandı. Amma yararlana bilmədik”.

 

Baş məşqçi zədəli olan Ağabala Ramazanovun məşqlərə başladığını deyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right